Molekulyar Anoploidi (QF-PCR)

 

Amnion mayesindən xromosom testi, QF, molekulyar kariotipləmə, fraqment analizi, molekulyar genetik analiz

 

QF-PCR (13, 18, 21, X və Y)

QF-PCR testi amnion mayesindən əldə edilən fetal DNT-nin məlum xromosomlara aid markerlər istifadə olunaraq aparılan fraqment analizi ilə o xromosomlardakı say artımlarının təsbit olunmasıdır. Laboratoriyamızda hamiləlik həftəsi 20-ci həftədən erkən olan qadınlarda kariotip analizinə əlavə olaraq aparılan bu test ilə erkən dövrdə trisomiya 21 (Daun sindromu), trisomiya 13, 18 və cinsiyyət xromosomlarındakı say fərqlilikləri təxminən 99% dəqiqliklə təyin olunur.

QF-PCR (13, 15, 16, 18, 21, 22, X və Y)

Xromosomal patologiyalarla əlaqədar bir və ya bir neçə spontan abortları olan qadınlarda gələcək hamiləliklərdə xromosomal patologiyalar üçün risk artmış olur. Düşüklərin sitogenetik tədqiqatı hətta ilk spontan abort hallarında tövsiyyə olunur. Döl düşüklərinin mümkün səbəblərinin müəyyənləşməsi əvvəl düşükləri olan qadınlarda uzun müddətli psixoloji sıxıntının azalmasına və gələcək hamiləliklərdə həmin cütlüklərin təkmilləşmiş genetik məsləhət almalarına səbəb olur. Daha çox müşahidə olunan xromosomal say patologiyalarına 13, 15, 16. 18, 21, 22 və X xromosomları daxil olur. Düşüklərin olmasında müxtəlif səbəblər rol oynayır. Bunlar: xromosomal, endokrinoloji, anatomik, autoimmunoloji və ekzogen (xarici mənbə) səbəblərdir. Bu səbəblərin ən əhəmiyyətlilərindən biri olan fetal xromosom patologiyaları ilk trimestrdəki düşüklərin 50-60%-ni, ikinci trimestrdəki düşüklərin 20-25%-ni, üçüncü trimestrdəkilərin isə 5-10%-ni təşkil edir. Döldə təyin olunan bu anomaliyalar əsasən yeni əmələ gələn hallardır və digər hamiləliklərdə təkrarlanma riski çox azdır. Bununla yanaşı bəzi cütlüklərdə ana və ata sağlam olsalar da düşüklərə səbəb ola biləcək xromosomal nizamsızlıqlar təyin oluna bilər. Buna görə də istər düşük materialında fetal toxumaya aid hüceyrələrdə, istərsə də təkrarlanan düşükləri (2 və ya daha çox) olan cütlüklərdən alınan qan nümunələrində xromosom analizlərinin olunması lazımdır. Aparılan genetik araşdırmada xromosom patologiyası təyin olunmaz isə düşüklərə səbəb olan digər faktorların mütəxəssis həkim tərəfindən dəyərləndirilməsi lazımdır. Genetik araşdırma üçün alınan digər materiallardan (periferik qan, göbək ciyəsi qanı, amnion mayesi və xorion xovları) fərqli olaraq düşük materialları bəzi fərqli göstəricilərə malikdir. Alınan nümunədə canlı toxumanın tapılmaması işin gedişinin qarşısını alır. Bundan başqa, materialın alınması zamanı xarici mühit ilə təması nəticəsində bəzi nümunələrdə mikroorqanizmlərin artmasına səbəb olur və bu da genetik araşdırmanın aparılmasına yol vermir. Bu səbəblərə görə işi tamamlaya bilməmək mümkündür.

 

Nümunə ehtiyacları

 Amniotik maye

·         Nümunə miqdarı 15-20 ml olmalıdır

·         Toksik təsirin qarşısının alınması üçün qara porşeni olmayan şprislər istifadə olunmalıdır

·         Amniotik maye qanlı olmamalıdır

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır

Abort materialı

·         Nümunə miqdarı 30-50 mq olmalıdır

·         Nümunələr laboratoriya tərəfindən təmin edilən transport mediumu içərisinə qoyulmalıdır

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır

·         Daşınma 24 saatdan çox davam edəcəksə +4 dərəcədə saxlanması məsləhətdir

Analiz üsulu

·         QF-PCR

Cavab verilmə müddəti

·        3-5 gün sonra

Y xromosom mikrodelesiyası

Y xromosomu mikrodelesiya analizi, Y xromosomu delesiyası, AZF delesiyası, Y mikrodelesiyası.

Sonsuzluq aşkarlanan bəzi cütlüklərdə kişi faktoru gözlənməkdə olub bu xəstələrin bir qismində genetik araşdırmaların aparılması məsləhət görülür. Xüsusilə, azoospermiya və ya şiddətli oliqoastenoteratospermiya (OAT) aşkarlanan halda bu şəxslərdə xromosom analizi və Y xromosomu mikrodelesiya analizi istənilir. Ancaq kişilərdə olan Y xromosomu üzərində sperma istehsalına məsul olduğu bilinən və AZF olaraq adlandırılan bir bölgə var. AZFa, AZFb və AZFc olaraq 3 hissəyə ayrılan AZF gen bölgəsində meydana gələn qopmalar (əksilmə) sperma sayında azalmaya və ya sperma istehsalının tamamilə dayanmasına səbəb olur.  Y mikrodelesiyalarının təyin olunması testis biopsiyası ilə araşdırma aparılacaq hallarda sperma tapılıb tapılmayacağı haqqında ilk məlumat verir.

 

Nümunə ehtiyacları

Periferik qan

·         Nümunə miqdarı 2-3 ml olmalıdır.

·         EDTA’lı (bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır.

·         Pıxtalı olmamalıdır.

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.

 

Analiz üsulu

·        Gel elektroforezi

 Cavab tarixi

·        10 gün sonra





   Kardiovaskulyar Risk Paneli

 

   Kardiovaskulyar risk DNT testi, Kardiovaskulyar risk paneli DNT testi, Kardiovaskulyar xəstəliklər DNT testi

 

     Trombotik hadisələr qazanılmış (yaşa bağlı, cərrahi, oral kontraseptiv, hormon müalicəsi və hamiləlik) və ya koaqulyasiya elementləri ilə antikoaqulant zəncirinin irsi defektlərində qarşımıza çıxa bilər. Hər il 1000 insandan 1-ə yaranmasında bir çox faktorun rol oynadığı vaskulyar  bir xəstəlik olan venoz tromboz diaqnozu qoyulur. Venoz tromboz, təkcə Amerikada ildə 60 000 insanın ölümünə səbəb olur.Hal-hazırda kardiovaskulyar xəstəliklərlə bağlı olduğu düşünülən genetik bölgələr müəyyən edilmişdir. Bunların ən əhəmiyyətliləri:

Faktor II protrombin (G20210A), Faktor V (G1691A&H1299R), MTHFR (C677T&A1298C), Faktor XIII (V34L), β-fibrinogen (-455G-A), PAI-1 (4G/5G), HPA-1 (a/b), ACE (I/D), ApoB (R3500Q), ApoE (e2/e3/e4).

       

Test kodu

Xəstəlik/OMIM

Gen/OMIM

Üsul

Mutasiyalar

Diaqnoz dəyəri

331932

Kardiovaskulyar xəstəliklər

 

Təkrarlanan düşüklər

 

Faktor II

Faktor V

MTHFR

Faktor XIII

β-Fibrinogen

PAI-1

HPA-1

ACE

ApoB

ApoE

Sekans analizi

12 polimorfizm

 

Faktor II  protrombin (G20210A), Faktor V (G1691A&H1299R), MTHFR(C677T&A1298C), Faktor XIII          (V34L), β-fibrinogen (-455G-A),              PAI-1 (4G/5G),           HPA-1 (a/b), ACE (I/D),  ApoB (R3500Q), ApoE (e2/e3/e4).

           -

    Nümunə ehtiyacları

   Periferik qan

·         Nümunə miqdarı 2-3ml olmalıdır.

·         EDTA-lı (bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır.

·         Pıxtalı olmamalıdır.

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.

   Analiz üsulu

·         DNT sekans analizi (minisequencing)

   Cavab verilmə müddəti

·        7-10 gün sonra

HPV DNT testi

 

Human Papilloma Virus DNT testi, HPV DNT testi, HPV testi, HPV skrininq, HPV analizi, HPV genotipləmə, HPV tipləndirmə, HPV PCR, HPV DNT sekans analizi, HPV sekans analizi, HPV infeksiyası diaqnozu, HPV diaqnozu

 

Hazırda human papilloma virus (HPV) varlığını ortaya çıxarmaq və tiplərini təyin etmək üçün fərqli kit və texnikalar istifadə olunur. Bu diaqnoz kitlərinin çoxu xarici firmalar tərəfindən hazırlandığına görə araşdırılan HPV tiplərinin sayı və istifadə edilən üsul işlədilən kitə görə dəyişir. Bununla yanaşı, çox hallarda 17-18 fərqli HPV tipini təyin edə biləcək şəkildə hazırlanırlar. Mikroarray əsaslı Human Papilloma Virus (HPV) diaqnoz kitləri dünyada bir çox mərkəz tərəfindən uzun müddətdir istifadə olunub yüksək spesifikliyə və həssaslığa sahib olduqları üçün seçilir. Bu sistemlərdən ən çox yayılmışı isə Genomica tərəfindən istehsal olunmuş və Avropadakı inkişaf etmiş mərkəzlərin xüsusilə seçdiyi CLART®  HPV 2 diaqnoz kitidir. Bu kit yüksək spesifikliyə (100%) və həssaslığa (99%) malik olmaqla yanaşı, klinik olaraq əhəmiyyətli olan HPV tiplərinin çoxunu (35 fərqli tip) yaxma, ThinPrep, SurePath, parafin toxuma, hüceyrə suspenziyası kimi bir çox fərqli nümunədən təyin edə bilir. İnfeksiyaya səbəb olan bütün HPV tiplərinin təyin oluna bilməsi üçün hazırda istifadə oluna bilən yeni üsullar təkmilləşdirilmişdir. DNT sekans analizi adlanan bu üsul hələ də bütün HPV tiplərini təyin edə bilən yeganə üsuldur. Bu texnikada araşdırılan nümunədən əldə edilən DNT materialında HPV kapsidini əmələ gətirən iki struktural proteindən biri olan L1 genom bölgəsinə spesifik praymerlər işlədilərək PCR analizi tətbiq olunur. PCR məhsulu gel elektroforezi adlanan sistemdə baxılaraq HPV olub olmadığı dəyərləndirilir. HPV tapılarsa PCR məhsuluna Automatic DNA Sequencer (flüoressensiya texnologiyası) ilə DNT sekans analizi tətbiq olunur. Buradan verilən məlumatlar Gen Bankı Bazasında olan digər HPV genom sekansları ilə qarşılaşdırılaraq HPV tipləməsi aparılır.

 

Xəstəlik

Test üsulu

Tip sayı

Araşdırılan HPV tipləri və risk paylaşımı

 

 

 

 

 

Human Papilloma Virus (HPV)

 

 

 

 

 

Hibridizasiya

 

 

 

 

 

35 tip

 

HPV 6 Low risk        HPV 56 High risk

HPV 11 Low risk      HPV 58 High risk

HPV 16 High risk     HPV 59 High risk

HPV 18 High risk     HPV 61 Low risk

HPV 26 High risk     HPV 62 Low risk

HPV 31 High risk     HPV 66 High risk

HPV 33 High risk     HPV 68 High risk

HPV 35 High risk     HPV 70 High risk

HPV 39 High risk     HPV 71 Low risk

HPV 40 Low risk      HPV 72 Low risk

HPV 42 Low risk      HPV 73 High risk

HPV 43 Low risk      HPV 81 Low risk

HPV 44 Low risk      HPV 82 High risk

HPV 45 High risk     HPV 83 Low risk

HPV 51 High risk     HPV 84 Low risk

HPV 52 High risk     HPV 85 High risk

HPV 53 High risk     HPV 89 Low risk

HPV 54 Low risk     

 

 

Nümunə ehtiyacları

 

 Periferik qan

·         Nümunə miqdarı 2-3ml olmalıdır

·         EDTA-lı (bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır

·         Pıxtalı olmamalıdır

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır

 

Analiz üsulu

·         Mikro array (çip)

·        DNT sekans analizi

 Cavab verilmə müddəti

·         7-10 gün sonra

BRCA DNT analizi ilə süd vəzisi və yumurtalıq xərçəngi riski öncədən təyin oluna bilərmi?

Tez-tez rast gəlinən süd vəzi xərçəngi qadınlarda xərçəng ölümlərinin ən əhəmiyyətli səbəblərindəndir. Ailevi süd vəzi xərçəngi təyin olunmuş halların 50%-ində xəstəlik BRCA gen mutasiyalarından qaynaqlanır. 30 yaşdan aşağı süd vəzi xərçəngi təyin olunmuş qadınların təxminən 33%-i bu mutasiyalardan birinin daşıyıcısıdır. Yumurtalıq xərçəngləri isə qadınlarda xərçəng ölümlərinin 5-ci sırasında dayanır. Bunların 5-10%-ində ailə əhvalatı mövcuddur və çox hallarda BRCA1 və BRCA2 mutasiyalarından qaynaqlanır.

Ailədən bir mutasiyanı almış qadınlarda süd vəzi və yumurtalıq xərçəngi yaranma riski ümumi populyasiyaya görə əhəmiyyətli dərəcədə artır. BRCA1 mutasiyası olan halda bu risk süd vəzi xərçəngi və yumurtalıq xərçəngi üçün müvafiq olaraq 85% və 45%-dir. BRCA2 mutasiyalarında da BRCA1 mutasiyalarına oxşar olaraq süd vəzi xərçəngi riski artmış olur və yumurtalıq xərçəngi üçün bu risk 27%-dir.

Mutasiya daşıyıcısı olan şəxslərdə xərçəng yaranma riskləri

XƏRÇƏNG

BRCA1 (%)

BRCA2 (%)

Süd vəzi xərçəngi (qadın)

85

85

Yumurtalıq xərçəngi

45

27

Süd vəzi xərçəngi (kişi)

-

5-8

Prostat xərçəngi

15

20

Digər xərçənglər

artmış

2

 

Süd vəzi və yumurtalıq xərçəngi riskinin öncədən təyin oluna bilməsi üçün genetik testlərin tətbiq olunması lazımdır. Risk altında olan insanların təyin olunmasından sonra hal-hazırda bu şəxslərə BRCA DNT analizləri məsləhət görülür. Burada əhəmiyyətli olan hər istəyən şəxsə bu testlərin olunmasının məntiqli olmamasıdır. Əvvəlcə ailəvi xərçəng xəstəliyi anamnezi olan şəxslər ilə görüşülməli və ətraflı məlumat alınmalıdır. Bu məlumatlarla yanaşı aşağıdakı xüsusiyyət və ya xüsusiyyətlərə malik şəxslərə bu testlər məsləhət görülə bilər:

BRCA DNT analizi məsləhət görülən hallar:

·         Süd vəzi xərçəngi yaranmış 50 yaşından aşağı şəxslərdə

·         2 və ya daha çox qohumunda süd vəzi xərçəngi təyin olunmuş şəxslərdə

·         Kişi qohumunda süd vəzi xərçəngi təyin olunmuş şəxslərdə

·         Eyni süd vəzisində 2 dəfə xərçəng yaranması

·         Hər iki süd vəzisində xərçəng təyin olunması

·         Hər hansı bir yaşda təyin olunmuş yumurtalıq xərçəngi

BRCA DNT analizi

Hal-hazırda risk altında olduğu təyin olunan və bu səbəblə BRCA DNT analizi məsləhət görülən şəxslərdə araşdırılan genetik bölgələrin böyük olması səbəbiylə texniki çətinliklər var. Analiz olunan genetik bölgələrdən BRCA1 gen bölgəsi 17-ci xromosomun uzun qolunda lokalizə olub 23 hissədən (ekzon) ibarətdir. Xəstələrdə BRCA1 gen bölgəsində bu günə qədər aparılan işlərdə 1200-ə yaxın mutasiya təyin olunmuşdur. BRCA2 gen bölgəsi isə 13-cü xromosomun uzun qolunda lokalizə olub 27 ekzondan ibarətdir. Bu günə qədər BRCA2 gen bölgəsində 900-dan çox mutasiya aşkarlanmışdır. BRCA gen bölgələrinin araşdırıldığı xəstələrdə test cavablarının çıxması genetik bölgələrin böyüklüyü və buna bağlı olaraq mutasiya sayının çoxluğu səbəbiylə uzun vaxt aparıb, 3-4 ay çəkir. Bəzi hallarda nəticələrin dəqiqləşməsi üçün həmin şəxsin özündən təkrar qan nümunəsi və ya ailə üzvlərindən qan nümunələri istənilə bilər. Genetik bölgənin araşdırılması üçün istifadə olunan texnikaların önündə DNT sekans analizi durur. DNT sekans analizi üsulu ilə BRCA1 və BRCA2 gen bölgələrini əmələ gətirən ümumi 50 ekzon tək-tək araşdırılır və mutasiya təyin olunmağa çalışılır. Bu üsul ilə xəstələrdə müşahidə olunan mutasiyaların 97-98%-i təyin oluna bilər.

Analiz üsulları

·         DNT sekans analizi

DNT sekans analizi ilə təyin olunması mümkün olmayan və genetik bölgədəki böyük hissə qopmaları və əlavələri daxil olan dəyişiklikləri müəyyən etmək üçün isə MLPA analizi tətbiq olunur. DNT sekans analizi ilə aparılan ilk araşdırmada mutasiya tapılmayan xəstələrdə ikinci mərhələdə MLPA analizi tətbiq oluna bilər. DNT sekans analizi və MLPA analizinin sıra ilə tətbiq olunduğu və mutasiyanın müşahidə olunmadığı hallarda BRCA gen bölgələrindən qaynaqlanan risk artımları inkar edilə bilər. İnsanlarda riski müəyyən edə bilmək üçün ilk mərhələdə MLPA analizi tətbiq etmək xəstə üçün xərcin artmasına səbəb olacaqdır. Bundan başqa, ancaq MLPA analizi edərək risk haqqında bir rəy bildirmək qəti mümkün deyil.

Mərkəzimizdə bu riskləri inkar edə bilmək üçün süd vəzi və yumurtalıq xərçəngi olan xəstələrdə DNT sekans analizi üsulu istifadə edilərək BRCA1 və BRCA2 gen bölgələrinin araşdırılması mümkündür. Aparılan analizlərdə genetik bölgələrdəki mutasiyaların (dəyişikliklərin) təxminən 97%-i təyin oluna bilir.

Xromosom analizi – periferik qan
Xromosom testi, kariotip, kariotipləmə, konvensional (şərti) sitogenetik, sitogenetik analiz
Xromosom analizi; zəka geriliyi, anadangəlmə anomaliya, inkişaf geriliyi, boy qısalığı, cinsiyyət anomaliyası.təkrarlayan düşüklər və sonsuzluq müəyyən olunan insanlara tətbiq olunur. Bundan başqa, anadangəlmə malformasiyalara sahib olan, ancaq xromosom testi olunmadan itirilən uşaq və ya uşaqlara sahib ana və atalara da məsləhət görülür.
Nümunə ehtiyacları
Periferik qan
   Nümunə miqdarı 2-3 ml olmalıdır.
   • Litium heparinli (yaşıl qapaqlı) tüplərə alınmış olmalıdır.
   • Nümunələr heparinlə yuyulmuş şprislərə alına bilər.
   • Laxtalı olmamalıdır
   Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.
Analiz üsulu
  72 saatlik qan kulturası və kariotipləmə
Cavab tarixi
  25-30 gün sonra

Xromosom analizi – amnion

Amnion mayesindən xromosom testi, kariotip, kariotipləmə, konvensional sitogenetik, sitogenetik analiz, amniosentez mayesindən xromosom analizi
Amnion mayesindən xromosom analizi; ananın yaşının çox olması (35 və yuxarı), hamiləlik zamanı aparılan ikili və üçlü testlərdə risk artımının müəyyən olunması, USM zamanı uşaqda anomaliya (ənsə qalınlığı, kistik hiqroma, chroid pleksus kisti, ürək anomaliyaları, hiperekojen bagirsaq və s.) müşahidəsi halında məsləhət görülür. Bundan başqa, daha əvvəl xromosom anomaliyasına sahib uşaqları olan ailələrdə də tətbiq olunur.

Nümunə ehtiyacları
Amniotik maye
   • Nümunə miqdarı 15-20 ml olmalıdır.
   Toksik təsirin qarşısının alınması üçün qara porşeni olmayan şprislər istifadə olunmalıdır.
   • Amniotik maye qanlı olmamalıdır.
   Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.
Analiz üsulu
   uzun müddətli huceyre kulturu və kariotipləmə
Cavab tarixi
   125-30 gün sonra

Xromosom analizi – düşük materialı
Abortus xromosom testi, düşük materialı xromosom testi, kariotip, kariotipləmə, konvensional sitogenetik, sitogenetik analiz
Düşüklərin olmasında müxtəlif səbəblər rol oynayır. Bunlar; xromosomal, endokrinoloji, anatomik, autoimmunoloji və ekzogen (xarici amil) səbəblərdir. Bu səbəblərin ən vaciblərindən biri olan fetal xromosom anomaliyaları ilk trimestrdəki (ilk 3 ay) düşüklərin 50-60%-indən, ikinci trimestrdəki düşüklərin 20-25%-indən, üçüncü trimestrdəkilərin isə 5-10%-dən məsuldur. Döldə müşahidə olunan bu anomaliyalar ümumiyyətlə yeni yaranan hallardır və digər hamiləliklərdə təkrarlanma riski çox azdır. Bununla birlikdə bəzi cütlüklərdə ana və ata sağlam olsalar da düşüklərə səbəb ola biləcək xromosomal nizamsızlıq aşkarlana bilər. Buna görə də həm düşük materialında fetal toxumaya aid hüceyrələrdə, həm də təkrarlanan düşükləri (2 və ya daha çox düşük) olan cütlüklərdən alınan qan nümunələrində xromosom analizlərinin aparılması lazımdır. Aparılan genetik araşdırmada xromosom anomaliyası aşkarlanmazsa, düşüklərə səbəb olan digər faktorların mütəxəssis həkim-ginekoloq tərəfindən dəyərləndirilməsi lazımdır. Genetik araşdırma üçün alınan digər materialların (periferik qan, kordon qanı, amniotik maye və xorion xovları) əksinə düşük materialı bəzi fərqliliklər göstərir. Alınan nümunədə canlı toxuma tapılmaması işin gedişini əngəlləyə bilər. Bundan başqa, materialın alınma prosesi zamanı xarici mühitlə təmas etməsi bəzi nümunələrdə mikroorqanizmlərin törəməsinə səbəb olur və bu da genetik araşdırmanın aparılmasına icazə vermir. Bu səbəblərlə əlaqədar iş tamamlanmaya bilər.

Nümunə ehtiyacları
 Düşük materialı
   Nümunə miqdarı 30-50 mq olmalıdır.
   • Nümunələr steril seraitde ve ya laboratoriyamız tərəfindən təmin edilə bilən transport mediumu içərisinə qoyulmalıdır.
   • Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.
   Transport əməliyyatı 24 saatdan çox davam edəcəksə +4 dərəcədə saxlanması məsləhətdir.
Analiz üsulu
   • Uzun müddətli toxuma kulturası və kariotipləmə
Cavab tarixi
   • 25-30 gün sonra

                                                                 HLA  antigenləri

   Toxuma qrupu antigenləri (HLA- İnsan Leykosit Antigenləri) bioloji kimliyimizi göstərən və hər bir şəxsə spesifik olan bir göstəricidir. Əsas vəzifəsi immun sistemimizin cavabını təmin etmək və müəyyənləşdirməkdən ibarətdir. İmmun sisteminin ən önəmli xüsusiyyətlərindən biri şəxsin özünə aid və aid olmayan toxumanı tanıyaraq immun müdafiəsi zamanı özünə zərər verməməkdir.  Bunu təyin etmənin molekulyar yolu, toxuma qrupu antigenlərini müəyyənləşdirməkdir.

                               

   HLA antigenləri iki sinifə ayrılır: CLASS 1 CLASS 2 antigenləri. Bunlar isə öz novbəsində insan genomunda əsas histouyğunluq kompleksi (MHC) adlandırılan bölgəni əmələ gətirir. CLASS1 antigenləri bütün nüvəli hüceyrələrin membranında daşınır və sitotoksik T limfositləri ilə birlikdə əsas histouyğunluq kompleksi ilə məhdudlaşan immunoloji reaksiyaların meydana gəlməsinə səbəb olur. CLASS1 molekulunun bütün fərdlərdə eyni olan, 15-ci xromosomda kodlanan və yüngül zəncir (beta) xüsusiyyətində olan və beta-2 mikroqlobulin adlanan bir alt bölümü vardır. Bundan əlavə 6-cı xromosom üzərindəki MHC bölgəsi tərəfindən kodlanan ağır zəncir (alfa) mövcuddur. Ağır zəncirləri kodlayan CLASS1 genləri HLA-A, B, C, E, F və G funksional HLA izoformalarını əmələ gətirir. Bunlardan ilk üçü klassik CLASS1 antigenlərini sintez edir. Molekulyar HLA CLASS1 tipləndirilməsində kondlanma və polimorfik xüsusiyyətlərinə sahib olan ekzon 2 ən çox istifadə olunan bölgədir. MHC CLASS1 antigenlərinin əsas vəzifəsi fərdə aid olmayan molekulların sitotoksik T limfositləri tərəfindən tanınmasını təmin edərək yad antigenlərin məhvinə yönəlmiş prosesləri başlatmaqdan ibarətdir.

   CLASS2 antigenləri isə sadəcə bəzi hüceyrələrin məsələn, monositlər,aktiv T limfositləri və B limfositləri Langerhans və dendritik hüceyrələrin səthində mövcuddur. Bu bölgə genləri 6-cı xromosom üzərində yerləşən beş izoforma (HLA-DM, DO, DP, DQ və DR) və hər birinin həm alfa həm də beta zəncir genləridir.

   Toxuma qrupu antigenlərinin uyğun olmadığı hallarda immun sistemi “yad” orqana çox güclü bir şəkildə reaksiya verir. Bu, xəstədə çox ağır fəsadlara səbəb ola bilir. Bunun qarşısını almaq üçün orqan köçürməsindən öncə toxuma qrupları incələnir və uyğun şəxslər arasında seçim edilir. Laboratoriyada tətbiq olunan bütün metodlar HLA – A,B,C siniflərinin və DR, DQ, DP allellərinin genetik tədqiqi üsulları ilə aparılır. Bunun üçün laboratoriyada aşağıdakı metodlardan istifadə olunur:

·     Panel reaktiv antitel testi (Luminex və DNT ardıcıllığı metodu ilə): bu test vasitəsi ilə böyrək köçürüləcək xəstədə daha öncədən xəstə orqanizminin müəyyən səbəblərdən həssaslaşması ilə əlaqədar olaraq HLA CLASS1 və CLASS2 antigenlərinə qarşı yaranmış antitellər müəyyən edilir. Hansı ki, bu antitellər xroniki böyrək xəstəliyi olan şəxslərin sonraki müalicəsində ciddi fəsadlara səbəb ola bilər.

·     Limfosit çarpaz uyğunluq testi (Limfositotoksik Cross-Match): bu test vasitəsi ilə alıcı və verici arasında kiçik uyğunsuzluqdan irəli gələn immun cavabları müəyyən etmək məqsədi ilə verici seçildikdən sonra alıcı ilə vericinin serum və hüceyrələri (limfositləri) qarşılıqlı olaraq bir araya gətirilir. Beləliklə, köçürmədən sonra əmələ gələ biləcək ani mənfi reaksiyaya səbəb olan hər hansı bir faktorun olub olmadığı müəyyənləşdirilir.

·    Polimer zəncirvari reaksiya metodu ilə DNT ardıcıllığına bağlı hazırlama testi (PCR-SSP8 low və high resolution): bu test vasitəsi ilə böyrək və sümük iliyi köçürülməsi zamanı HLA – A,B,C və DR, DQ, DP allelləri təyin edilir və hər bir şəxsə aid tam HLA allel tipləri müəyyənləşdirilir. Bununla da alıcıya ən uyğun verici (donor) müəyyən edilmiş olur.

                             (STD6) I                                                                                 (STD6) II      
                  Trichomonas vaginalis                                                                     HPV high risk
                  Mycoplasma hominis                                                                        HPV low risk
                  Mycoplasma genitalium                                                                         HSV 1
                  Chlamydia trachomatis                                                                          HSV 2
                  Neisseria gonorrhoeae                                                              Chlamydia trachomatis             
                  Ureaplasma urealyticum                                                             Neisseria gonorrhoeae
                                                                                                                     Treponema pallidum


                                                                             (STD4)
                                                                   Treponema pallidum
                                                                   Haemophilus ducreyi
                                                                          HSV 1 & 2
                                                                      Candida albicans

                                                                               Sitomeqalovirus

Sitomeqalovirus ən geniş yayılmış infeksiyalardandır; Herpes Viridiae ailəsinə aid DNT virusudur. Virus qanda, ağız suyunda, süddə, sidikdə, spermada, uşaqlıq boynu şirəsində, likvorda, gözyaşı mayesində, burun-udlaq möhtəviyyatında, amniotik mayedə, transplantasiya üçün istifadə edilən orqan və toxumalarda aşkar edilir.

Yoluxma yolları:

·         Hava-damcı

·         Sidik

·         Təmas

·         Cinsi

·         Тransplasentar (vertikal)

·         Qan köçürmə və orqanların köçürülməsi zamanı

·         Parenteral

      Bətndaxili sitomeqaliya dölün pre- və ya intranatal yoluxması zamanı inkişaf edir. Prenatal  yoluxma zamanı virusun keçmə yolu transplasentar, transservikaldır (qalxan). İntranatal yoluxma zamanı virus dölyanı suların və ya ananın doğuş yollarının mikrobla çirklənmiş şirələrinin aspirasiyası zamanı daxil olur. Sitomeqalovirusun plasentadan keçərək yoluxması bütün hamiləlik dövründə (daha çox 1-2-ci trimestrdə, nisbətən az hallarda 3-cü trimestrdə) mümkündür. Virus daha çox hallarda dölə təsir edir. Sitomeqalovirus infeksiyası orqanizmə ilkin olaraq hamiləliyin ilkin dövrlərində daxil olmuşsa, bu, dölsalma, dölün ölü doğulması, kəskin anadangəlmə sitomeqalovirus infeksiyasına, yoluxma hamiləliyin 2-ci yarısında baş vermiş olarsa, xroniki sitomeqalovirus infeksiyasına, mərkəzi sinir sistemi və qara ciyərin zədələnməsinə, anadangəlmə eybəcərliklərə, ürək qüsurlarının yaranmasına səbəb olur. Bütün bu göstərilən fəsadları nəzərə alaraq hamiləlik dövründə sitomeqalovirus infeksiyasına yoluxması bəzi hallarda hamiləliyin süni şəkildə pozulması üçün tibbi göstəriş hesab olunur. Bu zaman hamiləliyi aparan müalicə həkimi öz qərarını qəbul edərkən müxtəlif klinik, virusoloji, dölün və ciftin ultrasəs müayinələrinin nəticələri üzrə tibbi göstərişləri nəzərə alır. İnfeksiyanın qanda aşkar edilməsinin ən dəqiq metodu PZR (polimer zəncirvari reaksiya) ilə aparılan DNT-nin müəyyən edilməsi metodudur.

      

                                                             Toxoplasma gondii

       İnsan bu infeksiyaya adətən çirkli əllərdən, sudan, pişik ilə təmasda olarkən onun ifrazatlarından yoluxur. Bəzən yoluxma qanköçürmə, orqan transplantasiyası nəticəsində də baş verir. İnsanlarda parazitemiya və müxtəlif orqanların zədələnməsilə müşayiət olunan polimorf klinik təzahürlərə malik toksoplazmoz xəstəliyi törədir. Sitomeqalovirus infeksiyası ilə yoluxmada olduğu kimi, toksoplazma qadın orqanizminə hamiləlik dövründə ilk dəfə daxil olduqda təhlükəli hesab olunur. Hamiləliyin birinci trimestrində toksoplazmozla yoluxma anadangəlmə toksoplazmozla nəticələnir. Anadangəlmə toksoplazmoz zamanı törədici plasenta vasitəsilə dölə daxil olur.  Bu zaman dölün ölümü baş verir (abort, yaxud ölü doğulma), yaxud uşaq anadangəlmə qüsurlarla (xorioretinit, korluq, makro- və ya mikrosefaliya və s. nevroloji əlamətlərlə) doğulur. Qeyd edilən patoloji hallar böyük yaşlarda (5 yaşından sonra) özünü biruzə verə bilər. Hamiləliyin sonrakı dövrlərində yoluxma zamanı uşaqlarda nevroloji əlamətlər zəif olur, həmçinin onlar daha sonralar təzahür edir. Toksoplazmalar sinir hüceyrələrini, qaraciyəri, böyrəkləri, ağciyərləri, ürəyi, əzələləri, gözləri zədələyir. Kəskin infeksiya parazitemiya, xroniki infeksiya sistaların əmələ gəlməsi ilə xarakterizə olunur. Törədicinin lokalizasiyasından və zədələnmiş orqandan asılı olaraq qızdırma, səpgilər, hepatosplenomeqaliya, faringit, meninqoensefalit, pnevmoniya və s. kimi təzahür edə bilər. İmmun çatışmazlığı olan şəxslərdə, o cümlədən QİÇS zamanı toksoplazmoz nekrotik ensefalit, endokardit, pnevmoniya ilə müşayiət olunmaqla ağır gedişə malik olaraq çox vaxt ölümlə nəticələnir.T.gondii infeksiyasının DNT PCR üsulu ilə təyini əsas diaqnoz üsullarından biridir. Fərqli PCR üsulları ilə parazitin fərqli hədəf gen bölgələri çoxaldıla bilər.

                                      Chlamydia trachomatis

    Xlamidiyalar ən kiçik bakteriyalara aiddir. Onlar hüceyrə daxilində inkişaf edirlər və insandan insana (cinsi yolla) və ya heyvandan insana ötürülür. Yüngül simptomlarla xroniki mövcudluğu bu xəstəlik üçün xarakterikdir. Bu səbəbdən diaqnoz hamıda müəyyən olunmur və ya çox gec qoyulur. İnfeksiyanın anticisim reaksiyası 6-8 həftədən sonra yaranır. Ən vacib insan patogen xlamidiyaları: C.trachomatis, C.pneumoniae and C.psittaci.

    Bu gün Chlamydia trachomatis-in 18 sero-tipi məlumdur. Kliniki simptomları müxtəlifdir və cinsi yollardakı yüngül ifrazat şikayətlərindən abdominal şikayətlərə qədər dəyişə bilər. Daha sonra uretrit (sidik kanalının iltihabı), servisit ( yumurtalıq boynunun iltihabı), endometrit (yumurtalıq divarının iltihabı), salpingit (yumurtalıq borusunun iltihabı), peritonit (qarın boşluğunun iltihabı), perihepatit (qaraciyəri əhatə edən qarın boşluğunun iltihabı), konyunktivit (gözün selikli qişasının iltihabı) kimi xəstəliklərə səbəb olur. C.trachomartis infeksiyalarının sonrakı  fəsadları artrit, qadın sonsuzluğu və ya uşaqlıqdan kənar hamiləlik ola bilər. C.trachomatis cinsi xlamidiya infeksiyasının D-K serotipi əksər hallarda 15-25 yaşlı qadınlarda cinsi yolla yoluxur. Burada əsas problem xlamidiyanın servisitə səbəb olmasıdir ki, bu da təqribən 5% hallarda baş verir. Vaxtından əvvəl doğuş və yenidoğulmuşun doğuş kanalından keçərkən infeksiyaya tutulma halları mövcuddur. Vaginal doğuş zamanı infeksiya riski 50%-dən yuxarıdır, belə ki yenidoğulmuşların yarısında infeksiya asimptomatik inkişaf edir. Buna görə də hamilə qadınlarda xlamidiya skrininqinin edilməsi məsləhət görülür. Xlamidiozun əsas təhlükəsi ondan ibarətdir ki,ağırlaşmalar törədə bilər.Bir müddət keçdikdən sonra xlamidiyalar prostata və toxum kisəciklərinə gəlib çataraq prostatit və vezikulit törədirlər.Daha sonra xroniki proses xaya artımina yayılaraq obturasion forma sonsuzluğa səbəb ola bilər.Xlamidiyalar həmçinin sidik kisəsinin divarına düşərək hemorragik sistit törədə bilərlər.Sidik kanalının xroniki iltihabı onun daralmasına (striktura) səbəb ola bilər.Qadınlarda xlamidiya infeksiyası adətən uşaqlıq borularının keçməzliyinə,uşaqlıqdan kənar hamiləliyə,doğuşdan sonrakı və ya abortdan sonrakı endometritə səbəb ola bilər.Xəstələrdə hamiləlik ağır keçir. Cinsi orqanlardan əlavə xlamidiya digər orqanları da hədəf seçə bilər.O zaman bu xəstəlik artıq Reyter sindromu və ya xəstəliyi adlanır.Reyter sindromu zamanı gözlər ( xlamidiya konyuktiviti),oynaqlar(əsasən aşıq-daban,diz,fəqərə),dəri,daxili orqanlar zədələnə bilər. Xlamidiozun diaqnostikası bakterial infeksiyaların diaqnostikasından daha çətindir.Ən sadə metodlar yalnız 40% dəqiqliyə malikdir. Törədicinin müəyyən edilməsi üçün PZR metodundan istifadə olunur.

                                                        Hepatit B virusu

Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Bir çox insanlarda HBV infeksiyası xroniki hal alır və tədricən qaraciyərdə çapıqlaşma (sirroz) və ya qaraciyər xərçənginə gətirib çıxarır. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olama nəticəsində HBV ilə yoluxma mümkündür. Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq tam sağalma mümkündür. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur.

Hepatit B-nin aşağıdakı diaqnostika üsulları mövcuddur:

- Hepatit B səth antigeni  (HBsAg). Qanda təyin edilir və virusun xarici səthində yerləşir. Əgər test bu antigenə görə pozitivdirsə siz HBV virusunu asanlıqla digərlərinə keçirə bilərsiniz. Testin mənfi olması o deməkdi ki, çox yəqin ki, siz HBV-yə yoluxmamısınız.

  - Hepatit B səth antigeninə qarşı anticism (anti-HBs). Bu testin pozitiv olması o deməkdir ki, siz HBV-yə qarşı anticismlərə maliksiniz. Ola bilsin ki, artıq keçirmiş olduğunuz və sağaldığınız yoluxma nəticəsində bu anticismlər yaranıb və hal hazırda sizdə HBV virusları yoxdur. Peyvənd alan insanlarda da anti-HBs anticismləri müəyyən olunur. Hər iki halda bu o deməkdir ki, siz digərlərini yoluxdura, özünüz isə yoluxa bilməzsiniz. Çünki sizdə ya peyvənd ya da bədəninizin immun sistemi vasitəsilə HBV-yə qarşı etibarlı immunitet yaranıb.

  - Hepatit B özək antigeninə qarşı anticism (anti-HBc). Bu test xroniki infeksiya daşıyıcılarını təyin etsə də bəzən ikili məna verir. Əgər test pozitivdirsə sizdə xroniki infeksiyanın olması mümkündür. Bununla yanaşı anti-HBc anticisminin olması sizin kəskin infeksiyadan sağalmağınızın göstəricisi ola biər. Bu testin nəticəsinin interpretasiyası digər iki testin nəticəsinə əsasən edilir. Əgər nəticələr dəqiq deyilsə siz hər üç testi yenidən etməli ola bilərsiniz. 

  - E-antigen testi. Bu yuxarida göstərilən testlərə əlavə olaraq edilir və heç də məcburi deyil. Bu test həkim üçün əlavə informasiya verir. Onun müsbət olması sizdə HBV-nin yüksək miqdarda olmasını göstərir və digərlərini yoluxdurma ehtimalı yüksəkdir. Əgər test neqativdirsə bu o deməkdir ki, virusun qanda miqdarı  aşağıdır və digərlərini yoluxdurma ehtimalı aşağıdır.

  - Qaraciyər enzimlərinin yoxlanması. Qaraciyər enzımlərinin (ALT, AST) yüksək olması qaraciyərin zədələnməsini göstərir.

  - Alfa-fetoprotein (AFP) testi. AFP-nin yüksək olması HBV-nin ağırlaşması kimi qaraciyər xərçənginin əmələ gəlməsini göstərə bilən testdir.

  - Hepatit B DNT testi. Bu test vasitəsiə qanda HBV DNT-sinin miqdarını təyin etməyə imkan verir. Bununla həkim müalicənin nə dərəcədə effektiv olmasına nəzarət edir.

  - Qaraciyərin Ultrasəs Müayinəsi. Bununla HBV-nin qaraciyər sirrozu və xərçəngi kimi ağırlaşmalarının olub olmaması müəyyən edilir.

  - Qaraciyərin Kompüter Tomoqrafiyası. Bununla HBV-nin qaraciyər sirrozu və xərçəngi kimi ağırlaşmalarının olub olmaması müəyyən edilir.

  - Qaraciyər Biopsiyası. Bu prosedura vasitəsilə qaraciyərin kiçik bir tikəsi xaric edilir və mikroskopik müayinəsi aparılır. Biopsiya qaraciyərin zədələnmə dərəcəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.

                                                             Hepatit C virusu

    HCV bu günə qədər tapılmış altı hepatit viruslarından (A,B,C,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhükəlisi hesab edilir. HCV qaraciyərə gizlincə zərbə vura bilən bir virusdur və onunla yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayət olmur. Təssüf ki, insanlar əsasən HCV ilə yoluxmanı o zaman bilirlər ki, artıq virus qaraciyəri narahatlıq yarada biləcək səviyyədə zədələmiş olur. Bir çox hallarda isə adi profilaktik “check up” (yoxlama) zamanı  HCV təyin olunur.  Bəzi insanlarda isə yoluxmaya baxmayaraq virus orqnizmin daxili imkanları hesabına məhv edilir və müayinələr zamanı üzə çıxmır. Zaman keçdikcə Hepatit C virusu tədricən qaraciyər xərcənginə, qaraciyər çatışmazlığına və ya sirroza gətirib çıxara bilər. AİDS xəstəliyini törədən HİV virusundan fərqli olaraq Hepatit C cinsi yolla keçmir. Amma virusa yoluxmuş qanla təmasda olmaq (iynə və ya qan köçürmə vasitəsilə) yoluxma təhlükəsi yaradır.

Hepatit C-ni aşağıdakı üsullarla müayinə etmək olar:

- İlk növbədə qanın seroloji analizi olunmalıdır. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin olub-olmaması yoxlanılır (Anti-HCV antibody). Amma yadda saxlayın ki, anticisimlərin tapılması heçdə həmişə virusun olmasına dəlalət etmir. Bir çox hallarda virusun yox olmasına baxmayaraq qanda HCV-yə qarşı anticisimlər tapıla bilir. Odur ki, əgər cavab pozitiv alınıbsa mütləq onun digər daha dəqiq üsul olan PCR vasitəsilə (HCV RNT, Keyfiyyət) təsdiqlənməsi vacibdir.

 - Qanda virusun miqdarı Real Time PCR deyilən metodla təyiin edilir və virus RNT-sinin (HCV RNT, Kəmiyyət) sayılmasına əsaslanır.

 - Müalicə taktikasını dəqiqləşdirmək məqsədilə virusun genotipləməsindən (HCV, Genotip Təyini) istifadə olunur. HCV-nin altı genotipi vardır və aparılan müalicənin effektivliyi bu genotiplərdən çox aslıdır. 1 və 4-cü genotiplər adətən 12 ay, digərləri isə 6 ay müalicə tələb edirlər.

 - Mikroskopik müayinə üçün qaraciyər biopsiyasından istifadə olunur. Biopsiya qaraciyərin zədələnmə səviyyəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.

Həkiminiz aşağıdakı müayinələri də təklif edə bilər: 

- Qanın ümümi analizi

- Qanın biokimyəvi analizi: ALT, AST, QQT, Bilirubin

- Yanaşı gedən patologiyalar olarsa digər göstəricilər də istənə bilər

- Qarın boşluğunun ultrasəs müayinəsi; qaraciyərin vəziyyəti haqqında ilkin məlumatları almaq da dəyərli ola bilər

- Yanaşı gedən patologiyalar olarsa və ya müqayisəli diaqnostikaya ehtiyac yaranarsa digər müayinələr aparıla bilər.

                                                                Hepatit D

   Hepatit D hepatit virusları arasında ən unikalıdır.  Virus kimi natamamdır. Delta hepatit dəyişik kliniki simptomlar göstərə bilər- asimptomatik daşıyıcılıq vəziyyəti qısa zaman ərzində proqressivləşən xroniki qaraciyər xəstəliyi ilə əvəz oluna bilər. HDV-nin klinik gedişi bir çox faktorlardan asılıdır-xüsusilə autoimmun və genetik. İnsanda hepatit B ilə eyni zamanda və ya onunla yoluxmadan sonra yoluxur. Bu zaman qaraciyərin funksional pozulmaları özünü kəskin şəkildə biruzə verir. Orqanizmdə uzun müddət qala bilər ki bu da qaraciyər sirrozuna səbəb olur. HBV kimi HDV parenteral, qan və qan məhsulları ilə və ya bəzən cinsi yolla da yoluxur.

    Müalicənin məqsədi virusun replikasiyasını zəiflətmək və supressiya əldə etməkdir. Sonrakı hədəf isə Hepatit B virusunun eradikasiyasıdır (yəni qandan təmizlənməsi). HDV eradikasiya edilib Hepatit B qalarsa təkrar virus aktivləşməsi riski böyükdür. Hepatit D virusunun müalicəsi standart və peqillə olunmuş interferonlarla aparılır. Bəzi nukleotid və nukleozid analoqları ilə aparılan malicələr istənilən klinik nəticələr vermir. Hepatit D-dən qorunmanın yeganə yolu Hepatit B-ə qarşı peyvənd olunmaqdır.

    Diaqnostika qan zərdabında delta-antigenin və ona qarşı anticisimlərin (anti-HDV İgM) İFA vasitəsilə, eləcə də virus RNT-nin PZR ilə aşkar edilməsinə əsaslanır.