Y xromosom
mikrodelesiyası
Y xromosomu
mikrodelesiya analizi, Y xromosomu delesiyası, AZF delesiyası, Y
mikrodelesiyası.
Sonsuzluq aşkarlanan bəzi cütlüklərdə kişi faktoru gözlənməkdə olub bu xəstələrin bir qismində genetik araşdırmaların aparılması məsləhət görülür. Xüsusilə, azoospermiya
və ya şiddətli oliqoastenoteratospermiya (OAT) aşkarlanan halda bu şəxslərdə xromosom analizi və Y xromosomu mikrodelesiya analizi istənilir. Ancaq kişilərdə olan Y xromosomu üzərində sperma istehsalına məsul olduğu bilinən və AZF olaraq adlandırılan bir bölgə var. AZFa, AZFb və AZFc olaraq 3 hissəyə ayrılan AZF gen bölgəsində meydana gələn qopmalar (əksilmə)
sperma sayında azalmaya və ya sperma istehsalının tamamilə dayanmasına səbəb olur. Y mikrodelesiyalarının təyin olunması testis biopsiyası ilə araşdırma aparılacaq
hallarda sperma tapılıb tapılmayacağı haqqında ilk
məlumat verir.
Nümunə
ehtiyacları
Periferik qan
·
Nümunə miqdarı 2-3 ml
olmalıdır.
·
EDTA’lı
(bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır.
·
Pıxtalı olmamalıdır.
·
Otaq temperaturunda
saxlanmalı və daşınmalıdır.
Analiz üsulu
·
Gel elektroforezi
Cavab tarixi
·
10 gün sonra