HPV DNT testi

 

  Human Papilloma Virus DNT testi, HPV DNT testi, HPV testi, HPV skrininq, HPV analizi, HPV genotipləmə, HPV tipləndirmə, HPV PCR, HPV DNT sekans analizi,

 HPV sekans analizi, HPV infeksiyası diaqnozu, HPV diaqnozu

 

Hazırda human papilloma virus (HPV) varlığını ortaya çıxarmaq və tiplərini təyin etmək üçün fərqli kit və texnikalar istifadə olunur. Bu diaqnoz kitlərinin çoxu xarici firmalar

 tərəfindən hazırlandığına görə araşdırılan HPV tiplərinin sayı və istifadə edilən üsul işlədilən kitə görə dəyişir. Bununla yanaşı, çox hallarda 17-18 fərqli HPV tipini təyin edə

biləcək şəkildə hazırlanırlar.

Mikroarray əsaslı Human Papilloma Virus (HPV) diaqnoz kitləri dünyada bir çox mərkəz tərəfindən uzun müddətdir istifadə olunub yüksək spesifikliyə və həssaslığa sahib

 olduqları üçün seçilir. Bu sistemlərdən ən çox yayılmışı isə Genomica tərəfindən istehsal olunmuş və Avropadakı inkişaf etmiş mərkəzlərin xüsusilə seçdiyi CLART®  HPV 2

 diaqnoz kitidir. Bu kit yüksək spesifikliyə (100%) və həssaslığa (99%) malik olmaqla yanaşı, klinik olaraq əhəmiyyətli olan HPV tiplərinin çoxunu (35 fərqli tip) yaxma, ThinPrep,

SurePath, parafin toxuma, hüceyrə suspenziyası kimi bir çox fərqli nümunədən təyin edə bilir. İnfeksiyaya səbəb olan bütün HPV tiplərinin təyin oluna bilməsi üçün hazırda i

stifadə oluna bilən yeni üsullar təkmilləşdirilmişdir. DNT sekans analizi adlanan bu üsul hələ də bütün HPV tiplərini təyin edə bilən yeganə üsuldur. Bu texnikada araşdırılan

nümunədən əldə edilən DNT materialında HPV kapsidini əmələ gətirən iki struktural proteindən biri olan L1 genom bölgəsinə spesifik praymerlər işlədilərək PCR analizi tətbiq olunur.

PCR məhsulu gel elektroforezi adlanan sistemdə baxılaraq HPV olub olmadığı dəyərləndirilir. HPV tapılarsa PCR məhsuluna Automatic

DNA Sequencer (flüoressensiya texnologiyası) ilə DNT sekans analizi tətbiq olunur. Buradan verilən məlumatlar Gen Bankı Bazasında olan digər HPV genom sekansları ilə

qarşılaşdırılaraq HPV tipləməsi aparılır.

 

Xəstəlik

Test üsulu

Tip sayı

Araşdırılan HPV tipləri və risk paylaşımı

 

 

 

 

 

Human Papilloma Virus (HPV)

 

 

 

 

 

Hibridizasiya

 

 

 

 

 

35 tip

 

HPV 6 Low risk        HPV 56 High risk

HPV 11 Low risk      HPV 58 High risk

HPV 16 High risk     HPV 59 High risk

HPV 18 High risk     HPV 61 Low risk

HPV 26 High risk     HPV 62 Low risk

HPV 31 High risk     HPV 66 High risk

HPV 33 High risk     HPV 68 High risk

HPV 35 High risk     HPV 70 High risk

HPV 39 High risk     HPV 71 Low risk

HPV 40 Low risk      HPV 72 Low risk

HPV 42 Low risk      HPV 73 High risk

HPV 43 Low risk      HPV 81 Low risk

HPV 44 Low risk      HPV 82 High risk

HPV 45 High risk     HPV 83 Low risk

HPV 51 High risk     HPV 84 Low risk

HPV 52 High risk     HPV 85 High risk

HPV 53 High risk     HPV 89 Low risk

HPV 54 Low risk     

 

 

   Nümunə ehtiyacları

 

    Periferik qan

·         Nümunə miqdarı 2-3ml olmalıdır

·         EDTA-lı (bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır

·         Pıxtalı olmamalıdır

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır

 

   Analiz üsulu

·         Mikro array (çip)

·        DNT sekans analizi

 

   Cavab verilmə müddəti

·         7-10 gün sonra