image
image2

"Autizim Spektr Pozğunluğuna Genetik və Epigenetik yanaşma" vebinarı keçiriləcək!

Autizm spektr pozğunluğu, fərdlərin sosial qarşılıqlı əlaqələrində, ünsiyyət bacarıqlarında və təkrarlanan davranışlarında çətinliklərlə müşayiət olunan bir neyroinkişaf pozğunluğudur. Bu pozğunluğun səbəbləri müxtəlif amillərdən asılı olsa da, genetik faktorlar mühüm rol oynayır.

  Genetik tədqiqatlar göstərir ki, autizm spektr pozğunluğunun inkişafında bir çox genetik faktor iştirak edir. Həmçinin, bir çox hallarda, autizmlə əlaqəli olan genlər, beyin inkişafını və sinir hüceyrələri arasındakı əlaqələri tənzimləyən yollara təsir edir.
 Autizm hər bir fərdin özünəməxsus təcrübəsidir. Genetik və ətraf mühit faktorlarının birgə təsiri, hər bir fərdin inkişafına müxtəlif şəkildə təsir göstərir.Bu dəfəki online seminarımızda məhz bu faktorlara genetik cəhətdən nəzər yetirəcəyik.
Qeydiyyat və ətraflı məlumat üçün: 050 265 66 00 nömrəsilə əlaqə saxlamağınız tövsiyyə olunur.

"Autizim Spektr Pozğunluğuna Genetik və Epigenetik yanaşma" vebinarı keçiriləcək!





Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.