“Sağlam Genofond Naminə"

Layihə genetik xəstəlikləri Azərbaycanda  yayılmış və müxtəlif sahələrdə mütəxəssislərin məlumatlandırılması və müasir protokollarla təchiz olunması zəruridir. Regionlarda bu cür biliklərin çatışmazlığı tibbi xidmətlərin keyfiyyətini azalda bilir. Bu layihə, bu kimi problemləri aradan qaldırmaq və regionlardakı tibbi personalı maarifləndirmək məqsədi daşıyır.

 “Sağlam Genofond Naminə" layihəsi çərçivəsində, Azərbaycanının müxtəlif bölgələrində genetik xəstəliklər mövzusunda seminarlar və panellər təşkil edilir. Hər bir regionda fərqli tibbi sahələrdən mütəxəssis həkimlər iştirak edərək  genetik xəstəliklərə dair müasir müalicə protokollarını təqdim edirlər. Layihənin məqsədi genetik xəstəliklər haqqında məlumatı yaymaq və həkimləri bu sahədə təkmilləşdirməkdir. Layihə indiyə qədər Lənkəran,Göyçay və Gəncə şəhərlərində  həyata  keçirilmişdir.


Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.