Afgen Genetik Diaqnosz Mərkəzi olaraq biz ictimai rifahı artırmaq üçün müxtəlif sosial məsuliyyət layihələrində iştirak edirik. Bu layihələr zamanı əsas hədəfimiz genetika elminin daha geniş auditoriyaya çatmasını təmin etmək və genetik xəstəliklərin erkən diaqnozu və profilaktikasına töhfə vermək məqsədi daşıyır. Mərkəz olaraq başlatdığımız “Sağlam Genofondun Qorunması Naminə” adlı marofonumuz vasitəsilə daha çox həkim və pasientə çataraq onları genetika sahəsində maarifləndirmə işləri aparmış və ucqar regionlarda yaşayan əhalinin genetik savadlılığın artırılmasına nail olmuşuq.
Bununla yanaşı,müəssisəmiz cəmiyyətə daha geniş xidmətlər göstərmək üçün müxtəlif qeyri-hökumət təşkilatları, universitetlər və səhiyyə müəssisələri ilə əməkdaşlıq edir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.