İnfertilite, reproduktiv yaşdakı cütlərin təxminən 15%-ni təsir edir. Bunun səbəbi olaraq halların 30-40%-i kişilərə, 40-50%-i isə qadınlara aid edilir. Bu problemdən əziyyət çəkən bir çox cüt süni mayalanma (tüp bebek) müalicəsinə müraciət edir. Müalicədən öncə kişidə və qadında sonsuzluğun səbəblərini müəyyən etmək üçün müxtəlif testlər aparılır.

Kişiyə bağlı səbəblərin araşdırılmasında ilk olaraq spermiogram testi edilir. Burada spermin sayı, forması və hərəkət qabiliyyəti qiymətləndirilir. Spermin morfoloji xüsusiyyətləri isə Kruger üsulu ilə təhlil olunur. Bununla da spermin fertilizasiya qabiliyyəti barədə məlumat əldə edilir.

Bəzən testlər normal olsa belə, fertilizasiya uğursuzluğu və ya hamiləliyin düşüklə nəticələnməsi baş verə bilər. Bu hallarda kişinin sperm DNT zədələnməsi yoxlanılır, çünki bu, kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sperm DNT zədələnmə dərəcələri aşağıdakı kimi qiymətləndirilir:

  • <%15: Aşağı (yaxşı vəziyyətdə) DNT zədələnməsi
  • %15-25: Sərhəddə (qəbul edilə bilər) DNT zədələnməsi
  • %25-50: Yüksək DNT zədələnməsi
  • 50: Çox yüksək DNT zədələnməsi

Analizin üsulu : TUNEL 

Analizdən  əvvəl hazırlıq necə olmalıdı? .

Analiz nə üçün istifadə olunur? Beynəlxalq klinik tövsiyələrə uyğun olaraq, xəstədə, habelə xəstənin qohumlarında və övladlarında bu xəstəliyə xas olan klinik əlamətlər olduqda dövri xəstəlik üçün genetik müayinə aparılır.

BÖLMƏ

Molekulyar Genetika

Çalışma üsulu

TUNEL

Daşınma şəraiti

+2;+8 dərəcə

Nəticə vermə vaxtı

7-10 gün

Nümunə miqdarı

10 ml 

Nümunə növü

Perferiq qan

Sinonim

 Sperm DNT fraqmentasiya

Testin kodu

 

Tüb (qab)

ETDA`lı tüp

  1. Açıqlanmayan sonsuzluq,
  2. Müalicə və müdaxilələrə baxmayaraq davamlı olaraq fertilizasiya uğursuzluğu,
  3. Embrionların inkişafında problem müşahidə olunması,
  4. Təkrarlayan düşüklər kimi hallarda DNT zədələnmə testi tələb olunur.

< %15 DNT Zədələnməsi:

  • İnterpretasiya: DNT zədələnməsi aşağıdır və spermin yaxşı keyfiyyətini göstərir. Fertilizasiya uğuru üçün əlverişli şərtlər var.
  • Tövsiyə: Əlavə müalicəyə ehtiyac yoxdur, lakin həyat tərzi dəyişiklikləri və sağlam qidalanma tövsiyə edilə bilər.

%15-25 DNT Zədələnməsi:

  • İnterpretasiya: DNT zədələnməsi sərhəd səviyyəsindədir. Fertilizasiya üçün risk artır, lakin hələ də qəbul edilə biləndir.
  • Tövsiyə: Həkimlə müzakirə aparılmalı, əlavə testlər və ya müalicə variantları nəzərdən keçirilməlidir.

 %25-50 DNT Zədələnməsi:

  • İnterpretasiya: Yüksək DNT zədələnməsi müşahidə olunur. Fertilizasiya uğursuzluğunun və embrion inkişaf problemlərinin riski artır.
  • Tövsiyə: DNT zədələnməsini azaldacaq tədbirlər (məsələn, həyat tərzi dəyişiklikləri, əlavə müalicələr) müzakirə edilməlidir. Mümkün olan müalicə variantları üçün reproduktiv mütəxəssisə müraciət olunmalıdır.

  > %50 DNT Zədələnməsi:

  • İnterpretasiya: Çox yüksək DNT zədələnməsi. Bu, ciddi fertilizasiya və embrion inkişaf problemlərinə səbəb olur.
  • Tövsiyə: Geniş müalicə planı tərtib edilməli, əlavə testlər (məsələn, hormon səviyyələrinin yoxlanılması) və müalicə metodları (məsələn, spermanın selektiv işlənməsi) müzakirə olunmalıdır. Fertilite mütəxəssisi ilə ətraflı müzakirə aparılmalıdır.
Add comment

Add comment

reload, if the code cannot be seen

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.