Süd vəzi xərçəngi ümumi populyasiyada 10-12% riskə malikdir və xəstəliyin risk faktorları arasında cinsiyyət, yaş, erkən menar (ilk menstruasiya), menopauza yaşı, nulliparite (uşaq sahibi olmamaq), süd vəzi biopsiyasında aşkar edilən atipik hiperplaziya, piylənmə, hormon əvəzləmə terapiyası və oral kontraseptiv istifadəsi yer alır. Bununla yanaşı, yüksək və aşağı penetrasiyalı genlər, modifikasiya edici genlər və epigenetik təsir edən amillər də süd vəzi xərçənginin inkişafında mühüm rol oynayır.

Süd vəzi xərçəngi hallarında 10%-nin ailəvi olduğu və 3,5-6% hallarda BRCA1, 2-3,5% hallarda isə BRCA2 gen mutasiyalarının mövcud olduğu məlumdur. Yüksək təsirli bu xərçəngə meyillilik genləri, ailəvi süd vəzi xərçəngi hallarında risk faktorları arasında vacib yer tutur və izlənmədə əhəmiyyətli hesab olunur. Ailəvi tarixi pozitiv olan hallarda BRCA1 və BRCA2 mutasiyalarını aşkar edərək, xərçəngə genetik meyilliliyin olub-olmadığını müəyyən etmək mümkündür. Bu da fərdin özü üçün ən uyğun tibbi qərarı verməsinə və həyat keyfiyyətini maksimum dərəcədə artıracaq klinik yanaşmanın seçilməsinə imkan yaradır.

BRCA1 və BRCA2 genləri üçün tam gen DNT analizi aparırıq. Bu analiz, genlərdəki hər hansı mutasiyanı aşkarlamaq və xərçəngə meyillilik baxımından tam genetik mənzərəni ortaya çıxarmaq üçün vacibdir.  

Gen yeri   və  sturukturu  :  BRCA1 17q21.31 xromosomunda yerləşir və təxminən 110kb DNT-ni əhatə edən 22 ekzondan ibarətdir. BRCA2 13q13.1 xromosomunda yerləşir və təxminən 84 kb DNT-ni əhatə edən 27 ekzondan ibarətdir..

Analizin üsulu : Next Generation Sequencing (NGS) 

Analiz nə üçün istifadə olunur? Beynəlxalq klinik tövsiyələrə uyğun olaraq, xəstədə, habelə xəstənin qohumlarında və övladlarında bu xəstəliyə xas olan klinik əlamətlər olduqda dövri xəstəlik üçün genetik müayinə aparılır.

 

BÖLMƏ

Molekulyar Genetika

Çalışma üsulu

NGS 

Daşınma şəraiti

+2;+8 dərəcə

Nəticə vermə vaxtı

7-10 gün

Nümunə miqdarı

10 ml 

Nümunə növü

Perferiq qan

Sinonim

Süd vəzi xərcəngi, Yumartlıq xərcəngi, BRCA1,BRCA2

Testin kodu

 

Tüb (qab)

ETDA`lı tüp

  1. 45 yaşından əvvəl süd vəzi xərçəngi diaqnozu qoyulubsa;
  2. Ailə anamnezində  46-50 yaş arasında Süd vəzi xərçəngi diaqnozu qoyulubsa;
  3. Hər iki Süd vəzidə Süd vəzi xərçənginin olması və ya eyni Süd vəzidə iki və ya daha çox ocaqda Süd vəzi xərçənginin olması;
  4. Birinci dərəcəli qohumlardan birində (ana, bacı, qız) 50 yaşına qədər süd vəzisi xərçəngi aşkar edilərsə;
  5. Ailədə həm süd vəzi, həm də yumurtalıq xərçəngi olan birinci və ikinci dərəcəli qohumlar varsa;
  6. Ailədə yaşından asılı olmayaraq yumurtalıq xərçəngi olan birinci dərəcəli qohumlar varsa;
  7. Ailə üzvlərindən birində  BRCA 1 və BRCA 2 genlərinin mutasiyaları varsa;
  8. Ailədə kişi süd vəzi xərçəngi varsa;

1. Normal Nəticə (Tam Gen DNT Analizi)

İzahat: BRCA1 və BRCA2 genlərində patogen və ya ehtimal olunan patogen mutasiya aşkar edilmədi.
Təsir: Bu nəticə o deməkdir ki, fərddə bu genlərə bağlı irsi süd vəzi və ya yumurtalıq xərçəngi riski yoxdur. Lakin süd vəzi xərçəngi üçün risk digər amillər, o cümlədən həyat tərzi və ətraf mühit faktorları ilə bağlı ola bilər. Klinik əlamətlər varsa, digər genetik və ya qeyri-genetik səbəblər də nəzərə alınmalıdır.

2. Patogen Mutasiya Aşkar Edildikdə (Tam Gen DNT Analizi)

İzahat: BRCA1 genində patogen mutasiya aşkarlanır.
Təsir: Bu nəticə fərdin süd vəzi və ya yumurtalıq xərçəngi üçün yüksək risk daşıdığını göstərir. Fərd genetik məsləhət almağa yönləndirilməli və profilaktik tədbirlər, o cümlədən mütəmadi müayinələr və ya risk azaltma cərrahiyyəsi kimi tədbirlər müzakirə edilməlidir.

Add comment

Add comment

reload, if the code cannot be seen

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.