Kəskin hepatit B infeksiyası ehtimalı olan şəxslərdə, inkubasiya dövrü tamamlanmadan, yəni seroloji əlamətlərin hələ görünmədiyi mərhələdə infeksiyanın izlənməsi, xroniki hepatit B xəstələrinin ətrafdakılar üçün infeksiya mənbəyi olma ehtimalının müəyyən edilməsi və antiviral müalicəyə ehtiyacın olub olmadığını anlamaq məqsədilə, yüksək sensitivlik və spesifikliyə malik PZR (PCR) metodu istifadə edilə bilər.

Testin neqativ nəticəsi viral replikasiya və viremiyanın olmadığını göstərir. Əksinə, pozitiv nəticə viremiyanın və viral replikasiyanın hələ də davam etdiyini göstərir. Nəticə pozitiv olmasına baxmayaraq, virusun konsentrasiyası ölçülə bilən səviyyənin altında ola bilər. Belə hallarda, klinik və seroloji əlamətlərin də nəzərə alınması ilə testin müəyyən bir müddətdən sonra təkrarlanması tövsiyə edilir.

 Analizin üsulu Polimeraza zəncirvari reaksiya (PZR).

Analizdən  əvvəl hazırlıq necə olmalıdı?   Analizdən 24 saat əvvəl alkoqol qəbul etməkdən çəkinin, çünki alkoqol qaraciyər funksiyasına təsir edə bilər. Həmçinin, siqaret çəkməkdən də uzaq durmaq məsləhət görülür.

BÖLMƏ

Molekulyar Mikrobiologiya

Çalışma üsulu

REAL TİME PZR

Daşınma şəraiti

+2;+8 dərəcə

Nəticə vermə vaxtı

7-10 gün

Nümunə miqdarı

10 ml

Nümunə növü

 Qan (Plazma)

Sinonim

HBV,Hepatit  B  Virusu 

Testin kodu

 

Tüb (qab)

ETDA`lı tüp

  • Qızdırma
  • Halsızlıq və tükənmişlik hissi
  • Dərinin və göz ağının sararması (sarılıq)
  • Qarın ağrısı
  • Sidik rəngində qaranlıqlaşma
  • Mədə bulantısı və qusma
  • İştah iazalması
  • Əzələ və oynaqlarda ağrı
  • Negativ Nəticə

    • İzahat: Test zamanı HBV DNT aşkar edilmədi
    • Təsir: Bu, viral replikasiyanın və viremiyanın olmadığını göstərir. Həmçinin, kəskin infeksiyadan sağalan, xroniki infeksiyası olmayan və ya infeksiyanın erkən mərhələsində olan şəxslərdə bu nəticə görünə bilər.
  • Pozitiv Nəticə (Aşkar Olunan HBV DNT)

    • İzahat: Test zamanı HBV DNA aşkar edildi.Eyni zamanda  viral DNT  miqdarı qeyd edilir.
    • Təsir: Bu, viremiyanın olduğunu və viral replikasiyanın davam etdiyini göstərir. Pozitiv nəticə infeksiyanın aktiv olduğunu bildirir və kəskin hepatit B infeksiyası, xroniki hepatit B xəstəliyi və ya hepatit B virusunun yenidən aktivləşməsi ilə əlaqəli ola bilər.



Add comment

Add comment

reload, if the code cannot be seen

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.