HPV 16, yüksək riskli HPV növlərindən biri olaraq, uşaqlıq boynu xərçəngi, anogenital xərçənglər və baş-boyun xərçəngləri kimi ciddi onkoloji xəstəliklərin əsas səbəblərindən biridir. HPV 16 infeksiyasının aşkarlanması və virusun genetik materialının müəyyən edilməsi üçün ən doğru üsul PCR testi və RT-PCR metodlarıdır.
HPV 18, HPV 16 kimi, yüksək riskli və onkogen bir virus növüdür. Bu növ, əsasən servikal xərçəng, anal xərçəng və digər anogenital xərçənglərlə əlaqələndirilir. HPV 18 infeksiyasının dəqiq və spesifik şəkildə aşkarlanması üçün PCR testi istifadə olunur. PCR testi, virusun mövcudluğunu və onun genetik materialını müəyyən etmək üçün ən etibarlı metodlardan biridir.
HPV 16/18-in aşkarlanması, servikal xərçəngin erkən mərhələlərində diaqnoz qoymağa və müvafiq müalicə tədbirlərini həyata keçirməyə kömək edir. Bu səbəbdən, HPV 16/18 testi qadın sağlamlığının izlənməsi və onkoloji risklərin azaldılması üçün əhəmiyyətlidir.
BÖLMƏ | Molekulyar Mikrobiologiya |
Çalışma üsulu | REAL TİME PZR |
Daşınma şəraiti | +2;+8 dərəcə |
Nəticə vermə vaxtı | 7-10 gün |
Nümunə miqdarı | 10 ml |
Nümunə növü | Perferiq qan |
Sinonim | Insan Popilloma virus |
HPV 16/18 testi aşağıdakı hallarda təyin olunur:
- Sitoloji yaxma (Papanikolaou testində) əhəmiyyətsiz atipik skuamöz epitel hüceyrələri aşkar edildikdə,
- Sitoloji yaxmada patoloji əlamətləri olan, lakin kolposkopiya və ya biopsiya nəticələri normal olan qadınların sonrakı izləməsi zamanı,
- CIN 2+ və ya daha yüksək dərəcəli lezyonlar üçün müalicənin effektivliyini qiymətləndirərkən,
- 30 yaş və yuxarı qadınlarda, hər 5 ildən bir edilən servikal skrininq zamanı (sitoloji yaxma və HPV testləri ilə birlikdə), uşaqlıq boynu xərçəngi və prekanseroz vəziyyətlərin müəyyən edilməsi məqsədilə.
Neqativ nəticə:Verilən nümunədə HPV 16/18 növü aşkar olunmamışdır.