Dr.Aytən Poluxova

Sitogenetika şöbəsi,sitogenetika üzrə mütəxəssis

Aytən Poluxova Namiq qızı 1990-cı ildə Gürcüstan Respublikasında anadan olub. 2007-2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində bakalavr təhsili alıb.
https://afgen.az/uploads/posts/2024-12/medium/adsz-tasarm-7.png

2022-ci ildə Bakı Dövlət  Universitetinin Biologiya fakültəsinin Biofizika ixtisasına daxil olmuş və 2024-cü ildə magistraturanı bitirmişdir.

2023-2024-cü illərdə AR ETN Biofizika İnstitunda təcrübəçi kimi fəaliyyət göstərmişdir.

2023-cü ildə Bakı Dövlət  Universitetində “Biologiyanın aktual problemləri: Davamlı inkişaf kontekstində” adlı elmi-praktiki konfransda çıxış edib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunda 2023-cü ildə təşkil olunmuş “İnsan Genetikası və Sitogenetikası” təcrübə proqramında iştirak edib.

2024-cü ildə AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda təşkil olunmuş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi - praktiki konfransda çıxış edərək sertifikatla təltif olunub.

2024-cü ildə Afgen Genetik Diaqnoz mərkəzinin sitogenetika şöbəsində  təcrübə keçmişdir. Hal-hazırda Afgen Genetik Diaqnoz mərkəzində işləyir.

Add comment

Add comment

reload, if the code cannot be seen

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.