Dr.Xariqə Cabbarlı
Molekulyar Genetika şöbəsi,Genetik mütəxəssis
Xariqə Cabbarlı Mütəllib qızı 12.04.1996-cı ildə Qəbələ şəhərində anadan olmuşdur. 2002-cı ildə Qəbələ şəhərində orta məktəbə gedib, 2013-cü ildə orta məktəbi bitirmişdir. 2013-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olmuş, 2017-ci ildə bitirmişdir
2018- ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul Universiteti Onkologiya institutunda Xərçəng Genetikası bölümünün magistratura pilləsinə qəbul olunmuşdur.
2020-ci ildə İstanbul Universiteti Onkologiya institutunda Xərçəng Genetikası bölümünü “Epitelyal Over Kanseri hastalarında MİR-451a ekspresyon düzeyinin araştırılması” başlıqlı elmi işini müvəffəqiyyətlə müdafiə edərək maqistratura pilləsini başa vurmuşdur.
2018-2019-cu illərdə İstanbul Yedikule Tıp xəstəxanasıda Molecular Genetika Laboratoriyasında təcrübə keçmişdir.
2020-2024 cü illərdə Referans Medical Grup nəznində Referans Genetika laboratoriyasında Genetika üzrə mütəxəssis olaraq fəaliyyət göstərmişdir.
2021-ci ildə İstanbul Yeditepe Tıp xəstəxanası Molecular Genetika Laboratoriyasında “Next Generation sequencing” kursu keçmişdir
2021-2022 ci illərdə Çinə məxsus MGİ və BGİ şirkətləri tərəfindən keçirilən NİPT testinin aplikasiyası və data analizi treyninqlərində iştirak etmiş və sertifikasiya əldə etmişdir.
2024-cü il dekabr ayından etibarən AFGEN Genetik Diaqnoz Mərkəzində genetik-mütəxəssis kimi fəaliyyət göstərir.
Bu illər ərzində müxtəlif konfrans, sempoziumlar, seminarlarda iştirak etmişdir. Onlardan bəziləri:
- 2018 Sophia Genetics Advanced Diagnostics for Hematological Disorders (Istanbul)
- 2019 BRCAkademi symposium (İstanbul)
- 2020 İstanbul Universiteti, Onkologiya institutu: KardioOncologiya Symposiumu (İstanbul)
- 2020 İstanbul Universiteti, Onkologiya institutu: Xərçəng xəstələrində psixologiya və ünsiyyət (İstanbul)
- 2023- Ginekologiyada müasir Genetik testlərin önəmi – Referans Laboratoriyasinda NİPT Təcrübələrimiz- SPİKER
- 2024 Referans Genetika Günləri – Hamiləlikdə NİPT, analiz və üstünlükləri – SPİKER
Çap olunan məqalələr:
• Abstract- Şifahi/ Cabbarlı X, Yazıcı H. Epitelyal yumurtalıq xərçəngində microRNA-451a ekspressiyasının araştırılması. XVII Tibbi Biologiya və Genetika Konqresi - Acta Medica (Hacettepe Medical Journal). 28-31 oktyabr 2021-ci il
• Demet Akdeniz Ödemiş, Cabbarlı X, S.B.T,. Retinoblastomalı Türk Xəstələrində FGFR4 c.1162G > A (p.Gly388Arg) Polimorfizm Analizi. Hindawi Onkologiya Jurnalı 2020 doi.org/10.1155/2020/9401038
• Yasemin G, Cabbarlı X,… Yumurtalıq Karsinomasında Mir142-3p İfadə Səviyyəsinin Tədqiqi. Journal of Advanced Research in Health Sciences.2022. Doi: 10.26650/JARHS2021-1138055 [OP-003]
• Abstract- Şifahi/ Cabbarlı X, Jalə M, Fidan A. Azərbaycan Əhalisində Ailəvi Aralıq dənizi Qızdırması Xəstələrinin MEFV Gen Mutasiyaları baxımından Tədqiqi- Azerbaijan Journal of Laboratory Medicine 2024
İstiqamətləri :
-Genetik konsultasiya
-Nipt testi
-Onkogenetika
-Molekulyar genetika testləri