t.f.d Dr.Könül Həziyeva
Afgen Genetik Diaqnoz Mərkəzi şöbə müdiri, Genetika üzrə mütəxəssis
Könül Elşən qızı Həziyeva 22.01.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 221 saylı orta məktəbə gedib, 2007-ci ildə orta məktəbin rus bölməsini bitirmişdir. 2008-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin Biokimya ixtisasına daxil olmuş, 2012-ci ildə “Biologiya/Biokimya” ixtisası üzrə bitirmişdir.
2011-2012-ci illərdə Respublika Kliniki Xəstəxanasında təcrübəçi kimi fəaliyyət göstərmişdir.
2013-2014 illərdə Seleksiya nailiyyətləri üzrə Dövlət Komissiyasının Bakı kimya-texnoloji laboratoriyası baş aqronom vəzifəsində çalışmışdır.
2014- ci ildə Türkiyə Cumhuriyyətinin Eskişehir Osmanqazi Universitetinin Tibb fakultəsinin Sağlıq Bilimləri institutunun Tibbi Genetika bölümünün maqistratura pilləsinə qəbul olunmuşdur.
2016-2017 ci illərdə Türkiyə Cumhuriyyətinin “ Türkiye Bursları kapsamındaki Başarı-Destek Burs Programları” üzrə təqaüd almağa laiq görülmüşdür.
2017-ci ildə göstərdiyi uğurlu təhsil və elmi-praktiki nailliyətlərindən dolayı müəllim heyyətinin müsbət rəyinə əsasən təhsil aldığı Eskişehir Osmangazi Eğitim Araştırma Hastane/Universitetinin Tıbbi Genetik Ana bilim dalı - GENTAM laboratoriyasında baş laborant/asistent olaraq işə daxil olmuş və 2020-ci ilə kimi burada çalışmışdır.
2018-ci ildə Eskişehir Osmanqazi Universitetinin Tibb fakultəsinin Sağlıq Bilimləri İnstitutunun Tibbi Genetika bölümünün “Azospermi tanılı primer infertil erkeklerde AZF a,b,c bölgelerinin MLPA tekniği ile taranması ve sonuçların konfirmasyonu” başlıqlı elmi işini müvəffəqiyyətlə müdafiə edərək maqistratura pilləsini başa vurmuşdur. Elə həmin il eyni ixtisas üzrə doktorantura pilləsinə daxil olmuşdur.
2024-cü ildə Türkiyə Cümhuriyyəti Eskişehir Osmangazi Üniversitetinin Tibbi Genetika bölümünün doktorantura pilləsini “Alzheimer Hastalarında REST Etkileşimli miRNAların ve Genlerin Anlatım Düzeylerinin İncelenmesi” başlıqlı elmi işi ilə müvəffəqiyyətlə müdafiə edərək başa vurmuşdur.
Təhsil aldığı illərdə çeşidli konfrans, sempoziumlar, seminarlar və kurslarda iştirak etmişdir. Onlardan bəziləri:
- 2016-cı ildə Türkiyənin Eskişehir şəhərində ''Alzheimer Hastalığının Moleküler Temeli ve Yeni Tedavi Stratejileri'' sempozyumu,
- 2019-cu ildə İsveçin Göteborg şəhərində keçirilən “European Human Genetics Conference” konfransında,
- 2021 və 2022-ci illərdə keçirilən “Preimplantasyon Genetik Tanı” və “Prenatal Tanı” kurslarında,
- 2023-ci ildə Bakida keçirilən “1-ci Beynəlxalq Bakı Genetika Konfransı” və “Təbabətin aktual problemleri üzrə beynelxalq elmi-praktiki konqresi” tədbirlərdə iştirak etmişdir.
Bundan başqa Bioloji Təbabət Klinikası nəzdində fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin təşkilatçılığı 2023-ci ildə başladılan “Sağlam Genofondun Qorunması” marafonu çərçivəsində bölgələrdə və paytaxtda müarifləndirmə və məlumatlandırma məqsədi ilə keçirilən panel görüşlərində spiker olaraq iştirak etmişdir.
2024-ci ildə Bakı şəhərində keçirilən “2-ci Beynəlxalq Bakı Genetika Konfransı” da “Neyrodegenerativ Xəstəliklərdə miRNT'lərin rolu” başlıqlı mövzu ilə çıxış etmişdir. 10 tezisi, 4 Beynəlxaq dərəcəli məqaləsi, bunlardan ikisi isə impact factor-ludur. “Çocukluk Çağı Adrenokortikal kanserlerde TP53 mutasyonunun araştırılması” və “Liken Planus Hastalığında GSTM1, GSTT1 ve GSTP1 Gen Polimorfizmlerinin Araştırılması” başlıqlı elmi layihələrdə araşdırmacı kimi iştirak etmişdir. “Çocukluk Çağı Adrenokortikal kanserlerde TP53 geni mutasyonunun araştırılması” layihəmizin abstract-posteri mükafata layiq görülmüşdür. 2022-ci ilin dekabr ayından etibarən keçdiyim uğurlu müsahibələrdən sonra Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin Toksikologiya şöbəsində baş laborant vəzifəsində çalışır. 2023-cü ilin iyul ayından etibarən AFGEN Genetik Diaqnoz Mərkəzində genetik-mütəxəssis kimi fəaliyyət göstərir.