Dr. Göyçək Qurbanbəyli

Sitogenetika şöbəsinin rəhbəri,sitogenetika üzrə mütəxəssis

Göyçək Qurbanbəyli Afgen Genetik Diaqnoz Mərkəzinin Sitogenetik mütəxəssisi(2014-2024) Göyçək Qurbanbəyli İlqar qızı 1989 cu il dekabrın 4-də Bərdə rayonunda anadan olub. Bakalavr təhsilini Odlar Yurdu Universitetində almışdır. 2013-cü ildə Bioloji Təbabət Klinikasının nəzdində yerləşən Afgen Genetik Diaqnoz Mərkəzində Molekulyar Genetik şöbəsində təcrübə keçmişdir. 2014-2018-ci ildə İzmir şəhəri Ege Universitesi Fen Bilimleri Enstitüsü Biyoteknoloji bölümündə magistratura təhsili almışdır.
https://afgen.81.whm.az/uploads/posts/2024-06/goyck-qurbanbyli.png

2016-2018-ci illərdə Manisa şəhəri Celal Bayar Universiteti Tibbi Genetik kafedrasının Genetik Diaqnoz Mərkəzində sitogenetika bölmündə təcrübə keçmişdir.

2014-cü ildə İngiltərədən dəvət edilmiş “Smarttype Karyotyping” programının direktoru professor Michael Ellisin Afgen Genetik Diaqnoz Mərkəzində keçirdiyi təlimdə iştirak edərək bu proqram üzrə sertifikata layiq görülmüşdür.

2020-ci ildə Türkiyədən dəvət edilmiş Argenit proqramının direktoru Cengiz Kaan Sakkaf tərəfindən       Afgen Genetik Diaqnoz Mərkəzində Argenit proqramı üzrə keçirilən təlimdə iştirak etmişdir.

2020-ci ildə  İnsan genetikasi və genetik xəstəliklər üzrə I beynəlxalq elmi praktik konfransında “Nlrp3 genin mutasiyalarının və ya polimorfizmlərinin genotip-fenetip əlaqəsi” mövzusu ilə   çıxış etmiş və sertifikata layiq görülmüşdür.

2022-ci ildə Premed Prenetal tanı ve genetik xəstəliklər  mərkəzində “Fluoresan In Situ Hibridizasyon”(FISH) metodunu interfaz hüceyrələrində və xromosomlarda uyqulamanı,çıxan nəticəni dəyərləndirməyi təcrübə keçmişdir.

2022-ci ildə  “Mənim Daun Sindromlu Övladım Var” adlı layihədə Daun sindromu mövzusunda çıxış etmişdir.

Hazırda Afgen Genetik Diaqnoz Mərkəzinin Sitogenetika şöbəsində sitogenetik mütəxəssis olaraq fəaliyyət göstərir.

Add comment

Add comment

reload, if the code cannot be seen

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.