PhD.Jalə Nəsibova
Molekulyar Mikrobiologiya şöbəsi, genetik mütəxəssis
Jalə Nəsibova (Jalə Afiq qızı Nəsibova) 1993-cü ildə iyul ayının 6-da Gəncə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 2016-cı ildən 2018-ci ilə qədər Azərbaycan Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlat İnstitutunda Genetika ixtisası üzrə Magistr təhsili almışdır. 2016-cı ildə institutda, Genetik Ehtiyatlar İnstitutunda Baş laborant kimi işləmişdir. Magistr təhsili müddətində WEB Science-ın impakt faktorlu iki jurnalında məqaləsi dərc edilmişdir.
2018-ci ildə GMO təlimində iştirak etmiş və Regional training course on GMO detection, identification and quantification and laboratory accreditationaccording to İSO 17025 sertifikatı ilə təltif olunmuşdur. Eyni ildə institutu bitirmiş və 2018-ci ildən 2022-ci ilə kimi kiçik elmi işçi vəzifəsində çalışmışdır.
2019-cu ildə Mikrobiologiya və molekulyar biologiya ilə bağlı kursda istirak etmiş və The workshop in Microbiology and Molecular Biology – organized by Hi Media Laboratories Pvt. Ltd. Sertifikatı ilə təltif olunmuşdur
2021-ci ildə Genetika ixtisası üzrə disertanturaya daxil olmuş və eyni ildən başlayaraq 2 il Magistr tələbələrinə Molekulyar Biometodlar fənni tədris etməyə başlamışdır. 2021-ci ildə 2022-ci ildən elmi işci vəzifəsində işləməyə başlamışdır.
2021-ci ildə 4th Health Sciences and İnnovation Congress-də çıxış etmiş və sertifikatla təltif olunmuşdur.
2022-ci ildə Azərbaycan Respublikası əməkdar elm xadimi, Professor Həsən Abbas oğlu Sultanovun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransda iştirak etmiş və sertifikatla təltif olunmuş və tezisi jurnalda çap olunmuşdur. Həmçinin, “MGI portfolio: from nucleic acid extraction till genome sequencing” seminarında iştirak edib sertifikat almışdır.
2023-cü ildə konkursda Horizon Europe NCP Training and Proposal Writing Camp-a seçilmiş və sonda sertifikatla təltif olunmuşdur. Eyni ildə “Müasir genetik tədqiqatların kliniki praktikada tətbiqi” Beynəlxalq elmi praktiki konfransında istirak edib sertifikat almışdır.
2023-cü ildə Azerbaycan Tibb Universiteti Anatomiya korpusu Tibbi Biologiya və Genetika kafedrasında saat hesabı müəllimə olaraq fəaliyyət göstərməyə başlamışdır. SciWay yay araşdırma proqramında mentor kimi fəaliyyət göstərmişdir.
2023-cü ilin iyun ayında Afgen Genetik Diaqnostika mərkəzində Genetik Mütəxəssis olaraq fəaliyyət göstərir.
2024-cü il 10 fevral tarixində Azərbaycan daxili xəstəliklər dərnəyinin “Müasir genetikada mövcud yanaşmalar simpoziumu” adlı konfransda, 1 aprel tarixində Byaramlı group və Sartorius şirkəti əməkdaşlığı ilə təşkil olunan “Laboratoriya avadanlıqları və onlara qulluq” təlimini uğurla başa vurmuş, 21 may tarixində Bioloji Təbabət inteqrativ müalicə mərkəzi tərəfindən təşkil olunan “Xrononiki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusunda keçirilən seminarda, 22 iyun tarixində Səhiyyə nazirliyi, Daxili xəstəliklər dərnəyi, Azərbaycan pediatriya assosiasiyası, Azərbaycan elm və innovasiya könüllüləri və Bir könüllü tələbələrin əməkdaşlığı, İB tərəfdaşlığı və Uptodate in Medicine təşkilatının texniki dəstəyi ilə təşkil olunan 2ci Bakı Beynəlxalq Genetika Konfransında iştirak etmiş və sertifikatla təltif olunmuşdur.