image
image2

Klassik və Molekulyar Patologiya: Müasir Onkologiyanın İki Sütunu

Tibbin sürətlə inkişaf etdiyi son onilliklərdə xərçəng diaqnostikası və müalicəsində ən mühüm irəliləyişlərdən biri molekulyar patologiyanın tətbiqi olmuşdur. Bu yanaşma, xəstəliklərin genetik, epigenetik və molekulyar səviyyədə təhlilini mümkün edərək, klassik patologiyadan fərqli və tamamlayıcı bir çərçivə təqdim edir.

Klinik praktikada bəzən "patoloji analiz" deyərkən yalnız mikroskopik müayinə nəzərdə tutulur. Halbuki müasir dövrdə klassik (histopatoloji) və molekulyar patologiyanın birlikdə işləməsi, dəqiq diaqnozun və fərdiləşdirilmiş müalicə planının əsasını təşkil edir.

 


Molekulyar Patologiya ilə Klassik Patologiyanın Fərqi Nədir?

Tibbin sürətlə inkişaf etdiyi son onilliklərdə xərçəng diaqnostikası və müalicəsində ən mühüm irəliləyişlərdən biri molekulyar patologiyanın tətbiqi olmuşdur. Bu yanaşma, xəstəliklərin genetik, epigenetik və molekulyar səviyyədə təhlilini mümkün edərək, klassik patologiyadan fərqli və tamamlayıcı bir çərçivə təqdim edir.

Klinik praktikada bəzən "patoloji analiz" deyərkən yalnız mikroskopik müayinə nəzərdə tutulur. Halbuki müasir dövrdə klassik (histopatoloji) və molekulyar patologiyanın birlikdə işləməsi, dəqiq diaqnozun və fərdiləşdirilmiş müalicə planının əsasını təşkil edir.

 

Klassik Patologiya: Hüceyrə və Toxuma Səviyyəsində Qiymətləndirmə:

Klassik (histopatoloji) patologiya, xəstənin biopsiyasından və ya əməliyyatla çıxarılan toxumadan hazırlanan mikroskopik nümunələrə əsaslanır. Bu nümunələrdə patolog mütəxəssisi hüceyrələrin:

  • Morfologiyasını (forması, quruluşu)
  • Hüceyrə və nüvə dəyişikliklərini
  • Toxuma arxitekturasını
  • Şişin yayılma dərəcəsini (grad, stage)

qiymətləndirir.

Əlavə olaraq boyama üsulları (H&E, PAS və s.) və immunhistokimyəvi markerlər (IHC – məsələn, Ki-67, HER2, ER/PR və s.) istifadə olunur. Bu üsullar klassik patologiyanın əsas sütunlarını təşkil edir.

 

Molekulyar Patologiya: Genetik və Biyomarkerlərə Yönəlik Analiz

Molekulyar patologiya, xəstəliyin molekulyar səviyyədə genetik dəyişikliklərini təyin edir. Buraya daxildir:

  • Gen mutasiyaları (EGFR, KRAS, NRAS, BRAF, IDH və s.)
  • Gen fuziyaları və translokasiyalar (RET, ALK, ROS1 və s.)
  • Gen amplifikasiyası (HER2, MET və s.)
  • Epigenetik dəyişikliklər (MGMT metilasiyası, MLH1 metilasiyası)
  • Gen ekspressiya profili və RNA əsaslı analizlər

Bu dəyişikliklər PCR, yeni nəsil sekanslama (NGS), FISH, dPCR kimi texnologiyalarla aşkarlanır. Molekulyar patologiya nəticələri onkoloqa hədəf müalicə təyin etməkdə və xəstənin müalicəyə cavab ehtimalını qiymətləndirməkdə yol göstərir.

 

İki Sahənin Qarşılaşdırılması

Xüsusiyyət

Klassik Patologiya

Molekulyar Patologiya

Nümunə tipi

Mikroskopik toxuma

DNT, RNA və ya protein

Diaqnostik üsul

Histoloji və IHC

PCR, NGS, FISH, dPCR

Baxış səviyyəsi

Hüceyrə və toxuma

Genetik və molekulyar

Sürət

Orta (1–2 gün)

Sürətli və ya dəyişkən

Tətbiq sahəsi

Demək olar ki, bütün xəstəliklər

Onkologiya, hematologiya, nadir xəstəliklər

Klinik fayda

Diaqnoz və mərhələ

Hədəf terapiya, proqnoz, təqib

 

Nə Üçün Hər İki Yanaşma Vacibdir?

Klassik patologiya şişin morfoloji təsnifatını və histoloji tipini təyin edərkən, molekulyar patologiya bu şişin hansı genetik profilə sahib olduğunu göstərir. Məsələn:

  • Lung adenokarsinoması diaqnozu klassik patologiya ilə qoyulur
  • Həmin şişdə EGFR mutasiyası və ya ALK fuziyası aşkarlanması molekulyar patologiya ilə mümkündür
  • Bu məlumatlara əsaslanaraq xəstə üçün hədəfli müalicə (məs. osimertinib, alectinib) seçilir

 

Afgen Genetik Diaqnoz Mərkəzində Yanaşmamız

Afgen Genetik Diaqnoz Mərkəzi olaraq klassik patologiya ilə molekulyar patologiyanı inteqrasiya edən multidissiplinar yanaşma tətbiq edirik. Xidmətlərimizə daxildir:

  • FFPE toxuma üzərində histopatoloji qiymətləndirmə
  • İmmunhistokimya ilə marker ekspressiyası təyini
  • Molekulyar testlər: EGFR, KRAS, ALK, BRAF, IDH, RET, MET və digərləri
  • FISH və PCR əsaslı genetik analizlər
  • Onkoloqlar üçün klinik yönümlü genetik raportlar

 

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.