image
image2

"Tibbi Sitogenetikada metodlar" təlimi keçirildi.


ELM və Təhsil Nazirliyinin dəstəyi, Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Elm və İnnovasiya Proqramı təşkilatçılığı və Mərkəzimizin tərəfdaşlığı ilə həyata keçirilən gənc tədqiqatçılara yönəlik praktiki və nəzəri təlimlər uğurla baş tutmuşdur. Təlimlərdə gənc elmsevərlərə, Sitogenetika şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən müasir analiz metodları təqdim olunmuş, iştirakçılara təcrübə əldə etmək və elmi araşdırmalarını daha da inkişaf etdirmək üçün geniş imkanlar yaradılmışdır. Bu təşəbbüs, gənclərin elmi biliklərini artıraraq onların gələcəkdəki tədqiqat fəaliyyətlərinə töhfə vermək məqsədini daşıyır.

Bu layihə, həmçinin elmin inkişafına dəstək vermək və gənc tədqiqatçıların peşəkar bacarıqlarını artırmaq baxımından sosial məsuliyyətimizi yerinə yetirmək məqsədi daşıyır. Mərkəzimiz bu cür təşəbbüsləri dəstəkləməklə, elmi təhsilin keyfiyyətini artırmağa və gələcək nəsillər üçün yeni imkanlar yaratmağa çalışır.




Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.