Haqqımızda
2012-ci ildən fəaliyyət göstərən Afgen Diaqnoz Mərkəzində genetik analizlər həyata keçirilir, və laboratoriyalarımız dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təchiz olunub.
Laboratoriyalarımız dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub.
Mərkəzimiz Molekulyar Genetika, Sitogenetika,Molekulyar Mikrobiologiya,Molekulyar Onkologiya üzrə ixtisaslaşmış şöbələri ilə geniş çeşiddə genetik test və analiz xidmətləri təklif edir.
Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.
Bütün mərhələlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün mərkəzimizdə ciddi Keyfiyyətə Nəzarət Sistemi mövcuddur. Bu sistem iş prosesininin bütün mərhələlərdə (preanalitik-analitik-postanalitik) düzgün aparılmasını izləməyə və xətaların qarşısını almağa imkan verir.
Afgen Genetik Diaqnoz Mərkəzində biz hər bir xəstəyə və ailəyə xas olan ətraflı genetik məsləhət xidmətləri təqdim edirik. Fərdlərin və ailələrin genetik tarixçələrini dərindən araşdıraraq, hər biri üçün ən uyğun test və müalicə üsullarını təyin edirik. Verdiyimiz genetik məsləhətlərlə xəstələrimiz öz genetik statuslarından xəbərdar olur və gələcək ailə planlarını sağlam şəkildə qura bilirlər.
Afgen Genetik Diaqnoz Mərkəzi olaraq Azərbaycanda və regionda insanlara ən keyfiyyətli genetik sağlamlıq xidmətləri göstərməyi hədəfləyirik. Xəstələrimizin və onların ailələrinə genetik sağlamlıq məsələlərinə etibarlı, dərin və innovativ yanaşma təqdim edərək, genetika sahəsində davamlı irəliləyiş əldə edirik.
Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı maarifləndirilməsi və məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim konsultasiyaları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.
Missiya
Afgen Genetik Diaqnoz Mərkəzi olaraq missiyamız ölkəmizə və sizə faydalı xidmətləri təqdim edərək genetika sahəsində ən çox seçilən və etibarlı mərkəzlərdən biri olmaqdır. Genetikanın daim inkişaf edən nailiyyətlərini izləyib öz işimizdə tətbiq etməklə bu sahədə Azərbaycanın ən qabaqcıl , ən güvənli müəssisəsi kimi pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərməyə çalışırıq.
Vizyon
Mərkəzimizdə tibbi xidmətlər genetik diaqnoztikada innovativ texnologiyalara əsaslanaraq beynəlxalq standartların ən son son səviyyəsini tətbiq etməklə həyata keçirilir.